Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədriElman Mehdiyevnoyabrın 19-u saat 11:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan Sabahinfo.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun[email protected]elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında(012) 434-12-34
Ağcabədi rayon şöbəsində(02122) 5-50-54
Beyləqan rayon şöbəsində(02122) 5-29-63
Bərdə rayon şöbəsində(02020) 5-71-11
Zərdab rayon şöbəsində(02029) 6-45-59
Laçınrayon şöbəsində(02127) 7-84-28
Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.