Azərbaycanın dilbər güşələri çoxdur. Bu yerlərdə olmaq, oara zaman
keçirmək insana xoş ovqat bəxş etməklə yanaşı mənəvi stimul verir. Bu gün
söhbət açacağımız yer XOŞBULAQ yaylağıdır. Bir zamanlar yol infrastrukturunun
bərbad olamsı vətəndaşların bura gəlişinə müəyyən problemlər yaradırdı. Bir
çoxları bununla bağlı aidiyyatı qurumlara müraciətlər edirdi. Ancaq Daşkəsən
Rayon icra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rayona rəhbər təyin
olunmasından sonra bu və ya digər istiqamətlərdə kompleks tədbirlər həyata
keçirildi ki, bu işlərin içində Xoşbulaq yaylağına gedən yolun təmiri də
özünəməxsus yer tutur. Qeyd edim ki, Rayon icra hakimiyyətinin
təşəbbüsü ilə burada əsl yaylaq-istirahət zonası yaradılıb.
Xoşbulağın mərkəzində isə gənclər-idman istirahət bazası inşa olunub.
Belə bir mərkəzin tikilməsi "Azərbaycan gəncliyi Dövlət
Proqramında (2005-2009-cu illər)"
nəzərdə tutulmuşdu. İndi dövlətin bu tapşırığı da uğurla yerinə yetirilir. Xoşbulaqda qaz çəkilib,
rabitə,
nəqliyyat sistemi bərpa olunub. Xoşbulaq gölünün kənarında
yaşıl zona yaradılıb.

Ən
əsası Əhəd Abıyev yerli icra hakimiyyəti orqanları arasında bir ilkə imza atıb.
Belə ki, bir çox icra hakimiyyəti başçılarının qəbuluna düşmək olmadığı vaxtda
Daşkəsəndə gözəl ənənə yaranıb. Rayonun hər bir sakini Əhəd Abıyevin qəbuluna rahatlıqla gələ bilir.
Öz sözünü, problemini dilə gətirir. İcra orqanları əhali ilə müntəzəm əlaqə
saxlayır, yerlərdəki vəziyyət araşdırılır, təhlil edilir. Adamların
qayğılarının, tələblərinin, arzu və istəklərinin öyrənilməsi üçün bölgələr
üzrə müntəzəm surətdə səyyar
qəbullar keçirilir, zona müşavirələri, görüşlər, açıq söhbət
günləri təşkil olunur. Heç bir rəsmiyyət,
inzibatçılıq olmadan, üzbəüz canlı, işgüzar söhbət
başlanır. Kimin nə sözü var, buyursun, desin. Rayonun müvafiq təşkilatlarının
nümayəndələrinin də iştirak elədikləri belə tədbirlərdə
məsələlərin çoxu yerindəcə həll edilir. İcrası
mürəkkəb olan işlər barədə isə müvafiq təşkilatlar
qarşısında məsələ qaldırılır, icranın təşkilinə müntəzəm nəzarət edilir.
Bu
qəbullarla yanaşı rayon başçısı özü bir başa hər bir kəndə gedərək sakinlərlə
səyyar görüşlər keçirir. Saytımıza məlumat verən Daşkəsən sakinlərinin dediyinə
görə, rayonun elə bir kəndi yoxdur ki, Əhəd Abıyev orada olmasın, vətəndaşlarla
görüşməsin. Sərhəd bölgəsində, eləcə də
Zağalı, Qazaxyolçular, Xoşbulaq, Qabaqtəpə, Tapan,
Gəlinqaya, Astaf, Qaraqollar, Alaxançallı, Zivlən və Çanaqçı
kəndlərində bu işlər uğurla davam etdirilir.

Daşkəsən tibb işçilərindən
koronavirusla mübarizədə əzmkarlıq
Ədil Ədilzadə
SABAHİNFO.AZ saytının baş direktoru