İsmayıllıda "Mercedes" aşdı - 1 ölü, 3 yaralı

Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Hadisə saat 17:00 radələrində Girdiman çayı yaxınlığında qeydə alınıb.

Qəbələ rayon sakininə məxsus 99-DH-036 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı Qəbələ rayon sakinləri: 1950-ci il təvəllüdlü Cəbrayılov Habil Məmməd oğlu, 1989-cu il təvəllüdlü Talıbov Elmar Atabala oğlu və 1985-ci il təvəllüdlü Muradov Tural Ağamurad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəbələ sakini 1974-cü il təvəllüdlü Niftəliyev Qəhrəman Dəyanət oğlu aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.