Mingəçevir— Azərbaycanın əhali sayı etibarı ilə dördüncü böyük şəhəridir. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdi. Kür çayının sahillərində yerləşir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir.Mingəçevir şəhərinin ərazisi 130 km², yerli əhalisi 99.700 nəfər, məcburi köçkün 19.740 nəfərdir. 1999-cu ilin siyahıya alınmasına görə əhalinin 48,5% kişi, 51,5% qadındır. Yerli əhalinin 98,05 faizi azərbaycanlı, 1,95 faizi 15-ə yaxın millətin nümayəndələridir.
Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. Ölkənin 60 faizdən çox elektrik enerjisini istehsal edən Azərbaycan İstilik Elektrik stansiyası və SES silsiləsi ilə yanaşı şəhərdə elektrotexnika müəssisələri "Azərkabel” və "İzolit” ASC-lər, kimya və neft-kimya müəssisələri "Şüşə-lifi”, "Texniki-rezin” və "Regenerat” ASC-lər, maşınqayırma müəssisələri "Azyolneftmaş” və "Maşın-təmir” ASC-lər, yüngül sənaye müəssisələri "Toxucu” ASC və "Nur” tikiş fabriki, "Kür” Olimpiya Tədris-İdman Mərkəzi, yeyinti sənayesi müəssisələri Ət kombinatı və çörəkbişirmə müəssisələri və dıgər sənaye məhsulları istehsalı sahələri yerləşir.
Sənaye şəhəriMingəçevirXX əsrin 40-cı illərinin sonunda, 50-ci illərinin əvvəlində yaranmışdır. Bura əhalisinin sayına görə Azərbaycanda dördüncü şəhərdir. Sahilində şəhərin yerləşdiyi Kür çayı Bozdağda yaratdığı dar dərələrdən Kür-Araz ovalığına çıxır. Bu gün çay ovalığının qarşısı hidroelektrik stansiyanın bəndi ilə kəsilmişdir. Ovalığın yerində susuz münbit torpaqların əsas hissəsinin suvarıldığı Mingəçevir su anbarı yaradılmış, keçmiş yol keçilməzliyinin yerində isə müxtəlif istiqamətlərdə rahat yollar salınmışdır.
Mingəçevirin gənc şəhər olmasına baxmayaraq, onun ətraflarında aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, onun yerində ibtidai insanların yaşayış məskənləri artıq bizim eradan IV-III min il əvvəl mövcud olmuşdur.
ÖlkəPrezident cənab İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində "Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub.Azərbaycanda keçirilmiş ilk Avropa Oyunlarının bəzi yarışları bu mərkəzdə təşkil olunub.Qeyd edək ki, bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan "Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır.Xatırladaq ki, bu il iyunun 12-dən 28-dək keçirilmiş birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq idmançı 20 idman növündə mübarizə aparıb .Həmçinin Prezident İlham Əliyev Mingəçevirdə səfəri çərçivəsində Kür çayının sağ sahilində inşa olunan "Ağsaray” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Həmçinin Azərbaycan Respublikasında təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılıb .

Dövlətimizin başçısı İlham Əliyevin 2013-cü il 18 aprel tarixli Sərəncamına əsasən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri aparılıb.Onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Ümumi sahəsi 6 hektar olan xəstəxananın yenidənqurma işlərinə 2013-cü ilin may ayında başlanılıb və bu ilin fevralında başa çatdırılıb.Bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə də fərqlənir. Xəstəxana kompleksi 3 əsas korpusdan ibarətdir. Burada doğum şöbəsi, cərrahiyyə və terapiya bölmələri fəaliyyət göstərəcək. 430 çarpayılıq xəstəxana mərkəzləşmiş havalandırma sistemi, ən müasir tibbi avadanlıq ilə təmin olunub. Palatalarda xəstələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada tibb işçiləri tərəfindən şəhər əhalisinə, qaçqın və məcburi köçkün ailələrinə, ətraf rayonların sakinlərinə tibbi xidmət göstəriləcək.Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşüb . Ölkə başşısı bildirmişdir :
Mingəçevirdə olarkən, əlbəttə ki, Mingəçevirin inkişafı ilə bağlı əlavə tapşırıqlar veriləcək. Bu, mənim Mingəçevirə beşinci səfərimdir. Şəhər abadlaşır, gözəlləşir, inkişaf edir, böyük işlər görülür. Mingəçevir böyük sənaye mərkəzinə çevriləcəkdir. Mingəçevir Sənaye Parkının yaradılması artıq başlamışdır. Bu il ciddi addımlar atılacaq. Gəncə, Sumqayıt və təbii ki, Bakıdan sonra Mingəçevir Azərbaycanın dördüncü sənaye mərkəzinə çevriləcəkdir. Sosial infrastruktur yaradılır. Gözəl xəstəxana, uşaq bağçası, ictimai yerlər, parklar. Qazlaşdırma Mingəçevirdə 95 faizə qalxmışdır. İçməli su layihəsi icra edilir və 2017-ci ilə qədər şəhər içməli su ilə tam şəkildə təmin ediləcəkdir. Bu işlər indi davam etdirilir.

Mingəçevirdə sənaye sürətlə inkişaf edir, əhalinin maddi-rifah halı yüksəlir.Ümumi məhsul buraxılışı 39 faiz artaraq 431 milyon manata çatmışdır. O cümlədən sənaye məhsulu istehsalı 225 milyon manat təşkil edib. Şəhərdə aparılan tikinti quraşdırma işlərinin həcimi 3,5 dəfə çoxalıb. 1738 daimi iş yeri açılıb. Birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyə də aparılıb, quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Belə ki, 24 ədəd hündür mərtəbəli binanın fasad hissələri və dam örtüyü xüsusi layihə əsasında müasir görkəmə salınıb və bu iş ənənə halında davam etdirilməkdədir. Prospekt, küçə, meydan və səkilərə dekorativ daşlar düzülüb, müasir işıq dirəkləri və rəqəmsal işıqforlar quraşdırılıb. Əhaliyə xidmət edən yaşayış binalarında 30-dan çox lift istifadəyə verilib. Əhalinin əsas istirahət güşələrindən olan teatr meydanı və güllü bağ ərazisi əsaslı təmir olunub. Heydər Əliyev parkının yenidən qurulması işi uğurla həyata keçirilib . Şəhidlər xiyabanında əsaslı təmir bərpa tədbirləri icra edilib.
Şəhərin Gəncə istiqamətində girişində magistiral yolun hər iki tərəfi müasir görkəmə salınıb, yeni ağaclar əkilib. Şəhərin Mərkəzi Xəstəxanası yenidən qurularaq müasir tibbi avadanlıqlarla təmin olunub. Xəstə və kimsəsiz uşaqlar üçün yeni bina inşa edilib. 10 və 4 saylı məktəblər, 10 və 12 saylı uşaq baxçaları əsaslı təmir olunub. İki körpələr evi tikilib. Üç təhsil ocağının əsaslı təmiri davam etdirilib. Ötən il 1,3 min metr magistiral su xətti, 185 min metr paylayıcı su xətti yenilənib. 6 mindən çox smart tipli su sayğacı quraşdırılıb. Hər birinin tutumu 10 min kub metr olan 3 ədəd su anbarının və 3 ötürücü nasos stansiyasının tikintisinə başlanılıb. Şəhər ərazisində 35 min kvadratmetr yaşıllıq salınıb, sahələrin daimi suvarılması məqsədi ilə plastik borularla 6 min metr xətt çəkilib. Sözü gedən dövr ərzində şəhərin Xaldan istiqamətində girişində qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbə salınıb.

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq şəhərdə gedən quruculuq-abadlıq işləri ilə yerindəcə maraqlanır, öz tapşırıq və tövsiyələrini verir.Mingəçevirdə 204 şəhidin uyuduğu Şəhidlər xiyabanında yenidənqurma işlərinə start verilib. Yenidənqurma planına əsasən, əvvəlkindən fərqli olaraq hər bir şəhid üçün ayrıca qara mərmər üzlüklə qəbir daşları quraşdırılacaq. Hal-hazırda şəhərdə 570 çarpayılıq mərkəzi xəstəxanasının əsas binasında da təmir işləri davam etdirilir. Binaların dam örtükləri və fasad hissələrində son tamamlama işləri aparılır. Müalicə ocağının 21 şöbəsində və yardımçı binalarında tikinti işləri müasir texnologiya əsasında aparılır. Hazırda energetiklər şəhərində iki məktəb və iki körpələr evi yenidən qurulur. 4 və 10 saylı məktəblərdə qapı pəncərələr, dam örtüyü, fasad hissəsi müasir tələblərə uyğun qurulub, hazırda daxili tamamlama işləri aparılır. Mingəçevir şəhərindəki 10 və 12 saylı uşaq bağçasında da təmir bərpa işləri aparılır. Hər iki uşaq bağçasında istilik sistemi üçün qazanxanalar inşa olunur, bağçaların həyətində qurupların sayına uyğun olaraq kölgəliklər qurulur.

Mingəçevirdə Böyük Vətən müharibəsi iştirakçılarınınqayğı və problemləri diqqətdə saxlanılır.Faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə Mingəçevir şəhərində təhsil, səhiyyə və mədəniyyət ocaqlarında Böyük Vətən müharibəsi veteranları ilə görüşlər keçirilir, "dəyirmi masa”lar təşkil olunur. Rayon icra hakimkyyətinin başçısıNiyazi Bayramov onların qəhrəmanlıqlarının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, veteranların və ailə üzvlərinin problemlərinin həllinə kömək göstəriləcəyini bildirib.
Mingəçevirdə yaşayan 10 nəfər müharibə iştirakçısına şəhər icra hakimiyyəti tərəfindən ərzaq bağlamaları təqdim olunub.
Avqustun 14-də Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı 2014/2015-ci tədris ilində orta məktəbin buraxılış siniflərini yüksək nailiyyətlətlə başa vuran, qızıl və gümüş medal almış məzunlarla görüş keçirib. Tədbirdə şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin uğurlarından danışılıb. Bildirilib ki, bu ilki qəbul imtahanları zamanı 831 məzundan 42 nəfəri 600, 82 nəfəri isə 500-dən yuxarı bal toplayıb. 10 saylı məktəbin məzunu Əmiraslanova Zeynəb Kərim qızı 692 balla şəhər üzrə ən yüksək nəticə göstərib O da qeyd olunub ki, orta məktəbin buraxılış siniflərini yüksək nailiyyətlətlə başa vuran 6 məzun qızıl, 1 məzun isə gümüş medala layiq görülüb. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğıdan danışan Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bilidirib ki, Mingəçevirdə son bir neçə ildə yeni məktəblər əsaslı təmir olunub və daha üç məktəb əsaslı təmir edilir. Çıxış edən valideynlər övladlarının uğurlarına sevindiklərini bildiriblər. Tədbirdə orta məktəb direktorları da çıxış edərək dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildiriblər. Daha sonra orta məktəbi yüksək nailiyyətlətlə başa vuran məzunlara qızıl və gümüş medallar və qiymətli hədiyyələr təqdim olunub.

Heydər Əliyev siyasi kursunun mühüm tərkib hissələrindən olan Gənclər siyasəti də Mingəçevirdə uğurla həyata keçirilir. "Azərbaycan Gəncliyi 2011 – 2015-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar şəhər gənclər və idman idarəsində zamanın səsinə səs verən kütləvi tədbirlər hazarlanır, şəhər idmançılarının daha böyük uğurlar əldə etməsi üçün zəmin yaradılır. Bir sözlə, Mingəçevirin elə bir sahəsi, elə bir müəssisəsi yoxdur ki, orada dəyişiklik, yenidənqurma, inkişaf nəzərə çarpmasın. Amma Niyazi Bayramovun fikrincə, qarşıdakı vəzifələr daha böyük olduğu kimi, qazanılacaq uğurlar da daha geniqmiqyaslı olacaq. Neynək, qoy olsun. Onda bizim yazımızın da faktları, arqumentləri daha çox olacaq.
… Elə bil axşamın sərini Bozdağa rahat nəfəs almaq imkanı vermişib. Şəhərinhər tərəfində güllər, çiçəklər, ağaclar da sanki bir-birinə axşamın şirin nağıllarını danışırmış kimi pıçıldaşırlar. Onların "dirijoru” isə sərin mehdir. Bir tərəfdən də yenidən qurulmuş fəvvarənin şırıltısı, anaları, nənələri ilə gəzməyə çıxan körpələrin qığıltısı, qəh-qəhəsi… Bir sözlə Mingəçevir şəhəri günü-gündən gözəlləşir, hər yanda yenidənqurma, tikinti-abadlıq işləri görülür. Yeni parklar, xiyabanlar, yaxud köhnə parklar o qədər zövq və mədəniyyətlə yenidən qurulur ki, iki göz istəyir tamaşasına dursun. Baxın, bir tərəfdən Mingəçevirdə ki bütünbinalar zahiri cəhətdən gözəlləşdirilir, bu sahədə nəhəng işlər görülür. Bu işdə rayon icra hakimiyyəti başçısı cənab Niyazi Bayramovun əməyi danılmazdır. Bu günlərdə daha bir xoş xəbər almışıq .
Ölkə Prezidentinin imzaladığı sərəcama əsasən Niyazi müəllim ölkəmizin ictima-siyasi həyatında ki, xidmətlərinə görə yüksək ali dövlət mükafatı olan 3cü dərəcəli "Vətənə xidmətə görə ” ordeni ilə təltif olunub.
Niyazi müəllim rayona icra başçısı rayon yeni libasa bürünüb, rayonda yeni abu-hava yaşanır şəhər məhəllə-məhəllə, küçə-küçə yenidən qurulur, görülən işlər göz oxşayır. Bu işlər indinin özündə də davam etdirilir.



