Ermənistan parlamentində Sarkisyana İSTEFA ÇAĞIRIŞI

Ermənistan Milli Konqresi fraksiyasından olan müxalifətçi deputat Nikol Paşinyan parlamentdə "Vətəndaş razılığı” birliyinin müraciətini oxuyub. "armtoday” xəbər verir ki, həmin müraciətdə prezident Serj Sarkisyanın dərhal istefaya getməsi tələb olunur: "Bir neçə gün sonra Milli Konqresin Serj Sarkisyanın tutduğu vəzifədən istefaya gedilməsi tələbi parlamentdə səsə qoyulacaq. Biz "Xalq razılığı”birliyinin təmsilçiləri yaxşı bilirik ki, bu tələb parlamentin gündəliyinə salınmayacaq. Lakin o da bəllidir ki, həmin tələb xalq tərəfindən birmənalı olaraq, dəstəklənir və ölkədaxili vəziyyətə təsir gücünə malikdir. O, mütləq getməlidir!”.