Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc və Yeniyetmələrə Psixo-Sosialoji Kömək” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Milli Parklarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində gənclərin iştirakı ilə Abşeron Milli Parkına infotur təşkil olunub.İnfoturun
əsas məqsədi gənclərin Azərbaycanın milli parkları, onların təbii sərvətləri, biomüxtəlifliyi və ekosistemlərin qorunmasının əhəmiyyəti barədə məlumatlılığını artırmaq olub. Tədbir zamanı iştirakçılara milli parkların ətraf mühitin mühafizəsində rolu, təbii ərazilərin qorunması və ekoloji məsuliyyətli davranışın əhəmiyyəti barədə məlumat verilib.İştirakçıl
ar infotur çərçivəsində Abşeron Milli Parkının təbii xüsusiyyətləri ilə tanış olub, ətraf mühitin qorunması və biomüxtəlifliyin mühafizəsi ilə bağlı biliklərini genişləndiriblər.Layihə çər
çivəsində təşkil olunan infoturların əsas məqsədlərindən biri gənclərin milli parklara marağını artırmaq, onların ekoloji biliklərini inkişaf etdirmək və təbiət irsinin qorunmasında fəal iştirakını təşviq etməkdir.Qeyd edək
ki, “Milli Parklarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində ümumilikdə Abşeron, Samur-Yalama, Hirkan və Şirvan milli parklarına infoturlar təşkil olunub.