Türkiyə hərbi təyyarələri PKK-nın Qarsda yerləşən sığınacaqlarını məhv edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Baş Qərargahı yayıb.
Qərargahın məlumatında Tuncelidə PKK-nın istifadə etdiyi 3 sığınacaqdan müxtəlif materialların əldə edildiyi qeyd edilib. Həmçinin Hakkaridə üzərində silah-sursat olan bir terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Faktla bağlı 17 şübhəli şəxs saxlanılıb.
Qeyd edək ki, PKK-ya qarşı hərbi əməliyyatlar Kilis, Siirt, Qars, Tunceli, Hakkari və Diyarbəkir bölgələrində aparılır.