Biləsuvarda zəlzələ

Biləsuvar rayonunda zəlzələ olub.

Sabahinfo.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, yerli vaxtla saat 11:45-də Saatlıdan 36 km cənubda Biləsuvar ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar hiss olunmayıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 10 km olub.