İstəyirəm
Qara buludlardan nəm çəkib gözüm,
Həsrətin yükünə tab etmir dizim.
Sönüb duyğularım,kül olub közüm,
Məni ovutmağa söz istəyirəm.
xxxxx
Yosun bağlayıbdı könlümün nəmi,
Xəstə tək zarıyır,hər bahar dəmi.
Küskün çiçəklərdə tanımır məni,
Onları süzməyə göz istəyirəm.
xxx
Bənövşə,nərgizin bilinməz sayı,
Güldən çoxdu yanağımda qəm payı.
Daha gəlmir Şəlalənin,harayı,
Sözümü deməyə söz istəyirəm.
İstəyirəm.
Qara buludlardan nəm çəkib gözüm,
Həsrətin yükünə tab etmir dizim.
Sönüb duyğularım,kül olub közüm,
Məni ovutmağa söz istəyirəm.
xxxxx
Yosun bağlayıbdı könlümün nəmi,
Xəstə tək zarıyır,hər bahar dəmi.
Küskün çiçəklərdə tanımır məni,
Onları süzməyə göz istəyirəm.
xxx
Bənövşə,nərgizin bilinməz sayı,
Güldən çoxdu yanağımda qəm payı.
Daha gəlmir Şəlalənin,harayı,
Sözümü deməyə söz istəyirəm.